• Şəkil 1

    Vitaminlər

    Süd faydalı minerallar olan kalsium, fosfor və maqnezium baxımından çox zəngindir. Eyni zamanda B2, B12, C, D, K və A vitaminləri də ən qiymətli qaynaqlarından biridir.
  • Şəkil

    İnsan orqanizmi!

    Süddən çıxarılan qatıq, pendir, kefir, ayran kimi yeməklərin də artıq insan bədəni üçün imtina edilməz olduğunu bilirik. 
  • Şəkil

    Qidalarımız...

    ...qidalanmamız üçün əsas təməl olan yağ, karbohidrat və zülal birlikdə və kafi dərəcədə olan ən qiymətli yeməklərin başında süd gəlir.
  • Şəkil

    Süddən istifadə qaydası!

    Pasterizə edilmiş südü çıxmaq şərti ilə, südü qaynadın. Əgər siz pasterizə  edilmiş  südü  bir  gündən artıq saxlamaq istəyirsinizsə, onu da qaynatmaq lazımdır.
  • Şəkil

    Südü necə saxlamalıyıq!

    Təzə südü işıqda saxladıqda tərkibində olan A və C vitaminləri itir. Südü və yağı pendirin yanında saxlamaq olmaz, iy tutar. Yağı və yağ məhsullarını polietilen qablarda saxlamaq olmaz, onlar tez xarab olur və pis qoxu verir.
  • Şəkil

    Pendir!

    Pendiri duzlu suda saxladıqda keyfiyyətini itirmir. Qurumuş pendiri şorun və ya südün içinə qoyduqda təzələnir.
  • Şəkil

    Zəifləmək üçün süd için.

    Xüsusilə az yağlı süd məhsulları istifadəsi ilə bu təsir artar, çünki südün yağı azaldılarkən kalsium nisbəti dəyişməz. Bu səbəbdən daha az kalori almaq mümkün olar.
  • Şəkil

    Keçi südü!

    Soyuqluğu, rütubəti çoxdur. Boğaz üçün münasibdir, çox hallarda inək südünü əvəz edə bilir.
  • Şəkil

    Xəstəlik yaradan mikroblar!

    Süd və süd məhsullarının insan orqanizminə çox böyük xeyri var. Belə ki, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir.
  • Şəkil

    Kalsium!

    Südün ən keyfiyyətli komponentlərindən biri də kalsiyumdur. Sağlam insanların gündəlik kalsium ehtiyacını qarşılamaq üçün ortalama 1000 mq kalsium alması lazımlıdır.
  • Şəkil 1
  • Şəkil 2
  • Şəkil 3
  • Şəkil 4
  • Şəkil 5
  • Şəkil 6
  • Şəkil 7
  • Şəkil 8
  • Şəkil 9
  • Şəkil 10
Ana sehife

Süddən alınan məhsullar, demək olar ki, bütün xalqlara məlumdur. Hər bir xalq ağartı məhsullarından özünəməxsus tərzdə qatıq, prostokvaşa, ayran, kefir, kumıs, yoğurt, leben, ryajenka və sairə hazırlayır.
Orta əsrlərdə Norveçdə və İslandiyada süddən bizim qatığı xatırladan ərzaq-«skir» hazırlayır, onu səhərlər və axşamlar içirdilər.
Məlumdur ki, acıma prosesində əmələ gələn məhsulların bir çoxunun tərkibində spirt vardır. Bu, turşumuş süd məhsullarına da aiddir. Məsələn, kefirin tərkibində 0,2-dən 0,6 faizə qədər spirt olur. Kumısda spirtin faizi 2,5-ə çatır.
Rubrukun yazdığına görə, tatarlar (XII əsr) kumısı çox içirdilər. Hətta evin kandarında kumıs qoyurlar ki, içəri girən və çıxan ondan içsin.
Azərbaycanlılar turş süd məhsullarından qatıq hazırlayırlar. Keçmişdə də, indi də qatıq qaynadılmış süddən çalınıb. Südü qatığa çevirmək üçün ona maya vurub, isti yerdə saxlayırlar. Əgər çiy süd qalıb turşuyursa, ona «şeytan qatığı» deyir və yemirdilər. Qədimlərdən üzü bəri ayran, atlama və kərəməz Azərbaycanda sərinləşdirici içkilər kimi istifadə edilmişdir.
Bəzi xalqların yeməyində kəsmik çoxlu işlənir. Məsələn, Rusiyada kəsmik hazırlayır və onu pendir adı ilə yeyərdilər.

 Ətraflı bax...

  • Kəsmik
  • Kəsmik
  • Kəsmik
  • Kəsmik
  • Kəsmik
  • Kəsmik
  • Kəsmik
  • Kəsmik

  • Süd
    Süd
  • Qatıq
    Qatıq
  • Süzmə
    Süzmə
  • Pendir
    Pendir
  • Şor
    Kəsmik
  • Kərə yağı
    Kərə yağı
  • Xama
    Xama
  • Qaymaq
    Qaymaq